Ekologiya və Təbii Sərvətlər Nazirliyi işğaldan azad olunmuş ərazilərdə ağacəkmə aksiyalarını davam etdirir. Bu gün də Zəngilan rayonunda "Zəfərdən Dirçəlişə" adlı ağacəkmə aksiyası keçirildi.
×
Ekologiya və Təbii Sərvətlər Nazirliyi işğaldan azad olunmuş ərazilərdə ağacəkmə aksiyalarını davam etdirir. Bu gün də Zəngilan rayonunda "Zəfərdən Dirçəlişə" adlı ağacəkmə aksiyası keçirildi.
AZƏRTAC xəbər verir ki, bunu Zəngilanda keçirilən "Zəfərdən Dirçəlişə" ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin sədri Ramik Əşrəfov deyib.
Ramik Əşrəfov bildirib ki, Qarabağ Dirçəliş Fondu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə bu ərazilərdə cari ilin yaz aylarından başlayaraq ağacların əkilməsinə başlanılıb. Bu gün aksiya çərçivəsində əsasən Eldar şamı olmaqla, ümumilikdə 1000 ədəd əkilib. “Bu gün əkilən ağaclar “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin nəzdində yetişdirilmiş tinglərdən ibarətdir. Ağacəkmə aksiyalarımızın 2022-ci ilin yaz mövsümünə qədər davam etdirilməsi planlaşdırılır”, - deyə o qeyd edib.