Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Qurban Qurbanov: Sabah öz oyun tərzimizdən kənara çıxa bilərik

ID:

02.10.2024 14:10 / İDMAN

Foto : AZƏRTAC / Orxan Kərimov

"Sabah çox vacib oyuna çıxacağıq".

AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda İsveçin “Malmö” klubuna qarşı keçirəcəkləri II tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.