Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Qurban Qurbanov: "Nyukasl"ın bizə uyğun olmayan oyun üslubu var

ID:

17.02.2026 17:15 / İDMAN

Foto/ Tofik Babayev

Sabah bizi çətin oyun gözləyir.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda İngiltərənin “Nyukasl” klubuna qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.