Ölkəmizin gündən-günə inkişafı fonunda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisi kimi mötəbər tədbirlərin keçirilməsi qürurverici bir haldır.
×
Ölkəmizin gündən-günə inkişafı fonunda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisi kimi mötəbər tədbirlərin keçirilməsi qürurverici bir haldır. Pilotsuz sistemlər dünənə kimi gələcəyin təcrübəsi idi. Amma indi əminliklə deyə bilərik ki, pilotsuz sistemlər bu günün texnikasıdır. Dövlətimiz bunu 44 günlük Vətən müharibəsinə çox gözəl şəkildə sübut elədi.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Ekspo Mərkəzində keçirilən sərginin “Pilotsuz sistemlərin inkişaf perspektivləri və tətbiqi sahələri üzrə” sessiyada Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Hava Qüvvələri fakültəsinin baş müəllimi mayor Qurban Paşayev çıxışında bildirib.
O deyib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi, dövlətimiz və xalqımızın birliyi, Ordumuzun güclü olması, eləcə də müasir texnikalar bizə İkinci Qarabağ müharibəsindəki qələbəni təmin etdi. Hazırda biz əminliklə deyə bilərik ki, bu müasir texnikaların arasında pilotsuz sistemlər çox böyük yer tutur. Pilotsuz sistemlər hər zaman öz risk keyfiyyəti az olması ilə yanaşı, maliyyə baxımından da çox sərfəlidir. Onun istifadəsi Vətən müharibəsində düşmən üzərində üstünlüyü qısa bir vaxtda əldə etməyə şərait yaratdı”