Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, bloger və ictimai fəalların, şəhid analarının Şuşaya üçgünlük səfəri yekunlaşıb.
×
Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, bloger və ictimai fəalların, şəhid analarının Şuşaya üçgünlük səfəri yekunlaşıb.
AZƏRTAC-ın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, sentyabrın 10-da daha bir heyət Şuşaya gəlib. Budəfəki heyətin üzvləri arasında eşitmə və nitq qüsurlu gənclər, qadın sahibkarlar da yer alıblar.
Səfər iştirakçıları Cıdır düzündə, Molla Pənah Vaqifin məqbərəsində, Bülbülün ev-muzeyində olub, Şuşanın mərkəzi meydanında Azərbaycan mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini, Şuşa qalasını və digər tarixi yerləri ziyarət ediblər. Həmçinin Bülbülün ev-muzeyində Prezident təqaüdçüsü, pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin müəllifi olduğu “Qarabağın idman tarixi” kitabının təqdimatı olub.
Heyətin üzvləri Şuşada işğalın ağır nəticələri, dağıdılmış binalar və mədəni-tarixi nümunələrlə tanış olublar. Eyni zamanda, səfər iştirakçıları yol boyunca işğaldan azad olunmuş ərazilərdə, eləcə də Şuşada həyata keçirilən genişmiqyaslı tikinti işlərini izləyiblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfərlər üç gün davam edib. Hər gün 150-dən çox QHT nümayəndəsinin, habelə bloger və ictimai fəalın iştirak etdiyi səfərlərə ümumilikdə 500 nəfər qoşulub