Dekabrın 6-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının (QHİF) sədri Satıbaldı Dauletalinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri düzüblər.
×

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyeva, görkəmli ictimai xadim Əziz Əliyev və Əməkdar elm xadimi, professor Tamerlan Əliyevin xatirələri ehtiramla anılıb, məzarları üzərinə tər çiçəklər qoyulub.
Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər düzülüb, “Əbədi məşəl” abidəsi ziyarət edilib.
Bakının ən hündür nöqtəsindən şəhərin mənzərəsini seyr edən qonaqlara paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.