Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib

ID:

08.08.2022 11:10 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Avqustun 8-də Aşura günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsində (QMİ) qanvermə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiyada QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə, idarə əməkdaşları və ölkəmizdə fəaliyyət göstərən konfessiyaların nümayəndələri iştirak ediblər.