Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi qadın sahibkarların bizneslərinin inkişafı istiqamətində dəstəyini davam etdirir.
×
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi qadın sahibkarların bizneslərinin inkişafı istiqamətində dəstəyini davam etdirir.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, bu dəfə Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən gözəllik salonu işlədən sahibkar qadınlar üçün master-klasslar təşkil olunub. Üç gün davam edən master-klasslarda Quba-Xaçmaz iqtisadi rayonundan olan 12 sahibkar qadın iştirak edib. Təcrübəli ekspert tərəfindən keçirilən master-klasslarda iştirakçılar nəzəri biliklər əldə etməklə yanaşı, qazandıqları bilikləri praktikada da sınaqdan keçiriblər. Master-klassı uğurla başa vuran qadın sahibkarlara Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən sertifikatlar təqdim edilib.