Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Prokurorluq işçilərinin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır

ID:

27.07.2020 15:10 / CƏMİYYƏT

Ölkədə hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi, müasir tələblərə cavab verən hüquq sisteminin formalaşdırılması, dövlət orqan və təsisatlarının, o cümlədən hüquq-mühafizə orqanlarının fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması istiqamətində həyata keçirilmiş tədbirlər hüquq sisteminin inkişafı prosesinə, vətəndaş cəmiyyətində prokurorluğun rolunun artırılmasına, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmasına və beynəlxalq əlaqələrin genişləndirilməsinə səbəb olub.