Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Prezidentin köməkçisi: Yanvarın 18-dən Azərbaycanda vaksinasiya başlayacaq

ID:

16.01.2021 11:50 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Arif Quluzadə

Yanvarın 18-dən Azərbaycanda vaksinasiya başlanmasına qərar verilib.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.