Prezidentin köməkçisi: Ermənistanın Azərbaycana vurduğu ziyanların araşdırılması aparılacaq
ID:
30.10.2020 16:05 / SİYASƏT
Ermənistanın Azərbaycana vurduğu ziyanların Prezident İlham Əliyevin tapşırığı ilə araşdırılması aparılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün oktyabrın 30–da Baş Prokurorluqda təşkil olunan brifinqdə məlumat verib.
2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.