Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri öz rəşadətlərini göstərir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
×

Prezidentin köməkçisi bildirib ki, ordumuz çox ağır relyef şəraitində mövcud olan hərbi istehkamları keçərək Suqovuşan istiqamətində nailiyyətlər əldə edib. Bizim qələbələrimiz bundan da artıq olacaq. Məqsədimiz işğal olunmuş ərazilərimizin işğaldan azad edilməsini təmin etməkdir. Xalqımız əmin olsun ki, Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənin legitim hərbi hədəflərini sıradan çıxararaq onun bütün hərbi resurslarını məhv edir. Həmçinin atəşi həyata keçirən məntəqələr, xüsusən də işğal altındakı ərazilərimizdə yerləşdirilən düşmən məntəqələri sıradan çıxarılır.