Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb

ID:

12.10.2022 15:20 / RƏSMİ XRONİKA

Foto : AZƏRTAC / Vüqar Əmrullayev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri oktyabrın 12-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.