Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

ID:

22.06.2022 16:15 / RƏSMİ XRONİKA

Foto : AZƏRTAC / Vüqar Əmrullayev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri iyunun 22-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ürgənc şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev yola saldı.