Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Prezident İlham Əliyev Milan şəhərinə gəlib

ID:

05.09.2024 22:55 / RƏSMİ XRONİKA

Foto : AZƏRTAC / Vüqar Əmrullayev

Sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İtaliyanın paytaxtından Milan şəhərinə gəliblər.

AZƏRTAC xəbər verir ki, Milanın Malpensa hava limanında dövlətimizin başçısını və birinci xanımı İtaliyanın rəsmi şəxsləri qarşılayıblar.