Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb, kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib

ID:

10.05.2024 17:30 / RƏSMİ XRONİKA

Foto : AZƏRTAC / Vüqar Əmrullayev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun Sus kəndində görülmüş işlərlə tanış olub, kəndə köçmüş sakinlərlə görüşüb, “AzərEnerji” ASC-nin “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib.