Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Prezident İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktorunu qəbul edib

ID:

06.07.2023 13:30 / RƏSMİ XRONİKA

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovayanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Tatyana Valovaya Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə BMT-ni təmsil etdiyinə görə məmnunluğunu bildirdi və Azərbaycanın Hərəkatda uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırdı.