Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Prezident İlham Əliyev: Bizim böyük iqtisadi potensialımız, buna paralel olaraq, güclü sosial siyasətimiz var

ID:

21.07.2020 19:15 / SİYASƏT

Foto : AZƏRTAC / Vüqar Əmrullayev

Biz son illər ərzində iqtisadi sahədə o qədər böyük potensial yaratmışıq ki, bu gün bu işləri görə bilirik. Əgər bu potensial olmasaydı, biz bu işləri nəyin hesabına görə bilərdik, kim bizə kömək göstərərdi?

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki çıxışında bildirib.