Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Prezident İlham Əliyev: Biz Azərbaycan xalqının birliyini gördük

ID:

10.11.2020 05:05 / SİYASƏT

Bu günlərdə biz Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdən ordumuza dəstək gəldi. Bütün bölgələrdə hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya başında, radio başında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlarımıza sevinib.