Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Prezident İlham Əliyev Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub

ID:

28.05.2021 13:05 / RƏSMİ XRONİKA

Foto : AZƏRTAC / Vüqar Əmrullayev

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub.

AZƏRTAC xəbər verir ki, Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına məktəb barədə məlumat verərək dedi:

- Cənab Prezident, bu məktəb Qarabağ bölgəsinin ən qədim məktəbi hesab olunur.