Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Prezident İlham Əliyev “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman imzalayıb

ID:

27.09.2020 19:20 / SİYASƏT

Prezident İlham Əliyev sentyabrın 27-də “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, Fərmana əsasən, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilib.