Portuqaliya gimnastları Bakıda keçirilən akrobatika üzrə 28-ci dünya çempionatında üçüncü qızıl medala sahib olublar.
×
Portuqaliya gimnastları Bakıda keçirilən akrobatika üzrə 28-ci dünya çempionatında üçüncü qızıl medala sahib olublar.
AZƏRTAC xəbər verir ki, qadın cütlüklərin temp hərəkəti üzrə final yarışında Portuqaliya təmsilçiləri 28 xalla birinci olublar. Qazaxıstan cütlüyü 27,430 xalla gümüş, Macarıstan təmsilçiləri isə 26,800 xalla bürünc medal qazanıb.
Portuqaliyalı cütlük qarışıq və balans hərəkətlərində də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Çempionatda 17 ölkədən 170 gimnast iştirak edir.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.