Çox sevinirik ki, doğma Şuşamızda möhtəşəm tədbirlər keçirilir. Vaqif Poeziya Günləri də belə tədbirlərdən biridir.
×
Çox sevinirik ki, doğma Şuşamızda möhtəşəm tədbirlər keçirilir. Vaqif Poeziya Günləri də belə tədbirlərdən biridir. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi özünü isbatlayır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
Xarici qonaqların Şuşanı tez-tez ziyarət etdiklərini diqqətə çatdıran səfir onların mədəniyyət paytaxtımızın əsrarəngiz təbiətinə heyran qaldıqlarını qeyd edib.
O, həmçinin bildirib: "Dövlətimizin başçısının göstərişi ilə və nəzarəti altında Şuşa dirçəlir. Hər bir səfir azad edilmiş ərazilərimizin tanıdılması, burada gedən sürətli yenidənqurma işləri və inkişafla bağlı təbliğat aparır. Biz bu torpaqların əsl sahibləri olduğumuzu gördüyümüz işlərlə dünyaya sübut edirik".