Oktyabrın 1-dən etibarən peşə təhsili üzrə qısamüddətli kurslar və praktik məşğələlərin tədrisi əyani formada təşkil olunacaq.
×
Oktyabrın 1-dən etibarən peşə təhsili üzrə qısamüddətli kurslar və praktik məşğələlərin tədrisi əyani formada təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı sentyabrın 30-da keçirilən brifinqdə deyib.
O bildirib ki, oktyabrın 15-dən epidemioloji vəziyyətdən asılı olaraq əyani tədrisə cəlb olunan qrupların sayı artırıla bilər.
COVID-19 pandemiyası dövründə peşə təhsili müəssisələrinin fəaliyyətinin bu formada təşkili noyabrın 2-dək davam edəcək. Epidemioloji vəziyyətlə əlaqədar olaraq növbəti dövr üçün müvafiq qərarlar qəbul olunacaq.
Xatırladaq ki, sentyabrın 15-dən etibarən peşə təhsili müəssisələrində dərslər distant formada təşkil olunur.