Dövlət peşə təhsili müəssisələrində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir.
×
Dövlət peşə təhsili müəssisələrində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu 2020-2021-ci tədris ili üzrə peşə təhsil pilləsinə tələbə qəbulunun başlanması ilə bağlı mətbuat konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin baş məsləhətçisi Röyal Yolçuyev deyib.
O bildirib ki, dövlət təhsilalanların peşə təhsili səviyyələri üzrə peşə təhsili müəssisələrində dövlət hesabına yalnız bir dəfə təhsil almaq hüququnu təmin edir.
Xatırladaq ki, bu gün peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilib. Sənəd qəbulu avqustun 24-dək elektron qaydada http://qebul.vet.edu.az/ səhifəsindən qeydiyyatdan keçməklə aparılacaq. Müsabiqənin nəticələri avqustun 25-də açıqlanacaq və qəbul olunan namizədlərin mobil nömrələrinə SMS gələcək.