Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti vətəndaşlar tərəfindən yaşayış, eləcə də digər təyinatlı binaların həyətlərinə giriş-çıxışların və keçidlərin süni maneələrlə bağlanmasına qarşı qanunamüvafiq tədbirləri davam etdirir.
×

AZƏRTAC xəbər verir ki, yaşayış, eləcə də digər təyinatlı binaların həyətlərinə giriş-çıxışların və keçidlərin vətəndaşlar tərəfindən süni maneələrlə bağlanması ciddi fəsadlara yol açır. Binaların bilavasitə yaxınlığında müxtəlif ölçülü dirəklərin basdırılması, daş, beton parçaları və başqa vasitələrlə yolların hərəkət hissələrinin tutulması, daraldılması, həmçinin yaşayış binalarının yanğın keçidlərində yolların tam və ya qismən bağlanması, o cümlədən şlaqbaumların quraşdırılması baş verə biləcək fövqəladə hadisələr, eləcə də yanğınlar zamanı yanğınsöndürən və digər xüsusi təyinatlı texnikaların taktiki və texniki imkanlarını məhdudlaşdırır.
Həmin süni maneələrin aradan qaldırılması istiqamətində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları növbəti qanunamüvafiq tədbiri paytaxtın Nizami rayonu ərazisində həyata keçiriblər.