Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Paytaxt məktəblilərindən Azərbaycan Ordusuna dəstək aksiyaları

ID:

27.07.2020 12:35 / ELM VƏ TƏHSİL

Paytaxt məktəblilərinin təşəbbüsü ilə Azərbaycan Ordusuna dəstək aksiyaları keçirilir. Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq onlayn keçirilən dəstək aksiyalarının əsas məqsədi uşaq və gənclərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyüməsi istiqamətində görülən işlərin davamlı təşkilinə nail olmaq, döyüşlərdə şəhid olanların xatirəsini ehtiramla yad etmək, Azərbaycan Ordusunun göstərdiyi şücaətə uşaq və gənclərin diqqətini cəlb etməkdən ibarətdir.