Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Paytaxt küçələrində daha bir gücləndirilmiş dezinfeksiya işləri aparılır

ID:

21.06.2020 08:00 / CƏMİYYƏT

Foto Azertac

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi karantin rejimi dövründə paytaxtda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə Bakı şəhərinin bütün rayonlarında xüsusi gücləndirilmiş kompleks tədbirlər geniş şəkildə davam etdirilir.