Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Parlamentdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmə keçirilib

ID:

26.09.2023 17:30 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / İlkin Cavanşirov

Sentyabrın 26-da Milli Məclisdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmə keçirilib.

AZƏRTAC xəbər verir ki, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən keçirilən dinləməni komitənin sədri Tahir Mirkişili açaraq, əvvəlcə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu lokal antiterror tədbirləri ilə bağlı təbriklərini çatdırıb, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizə rəhmət, yaxınlarına başsağlığı, yaralılarımıza şəfa diləyib.