Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Pandemiya dövründə 40 min müəllimə internet paketlər təqdim olunub

ID:

27.08.2020 17:55 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / Roman İsmayılov

Pandemiya dövründə təhsil sistemində elektronlaşma və rəqəmsallaşma çox sürətlə getdi.

AZƏRTAC xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı avqustun 27-də keçirilən brifinqdə deyib.