Dövlət Miqrasiya Xidməti tərəfindən e-xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi məqsədilə yenilənmə işləri görülüb.
×

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qurumun 2021-ci ildəki fəaliyyətinin yekunları ilə bağlı yanvarın 18-də keçirilən mətbuat konfransında deyib.
V.Hüseynov qeyd edib ki, bu məsələni daim diqqət mərkəzində saxlayan Xidmət tərəfindən ötən il iki yeni - “Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi” və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” elektron xidməti yaradılıb.