Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Ötən il Baş Prokurorluq tərəfindən məhkəmə hökmlərindən ümumilikdə 1093 iş üzrə apellyasiya protesti verilib

ID:

24.01.2022 13:35 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Roman İsmayılov

Ötən il Baş Prokurorluq tərəfindən məhkəmə hökmlərindən ümumilikdə 1093 iş üzrə apellyasiya protesti verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev yanvarın 24-də Baş Prokurorluqda 2021-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında məlumat verib.