Dörd-beş ay əvvəl yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan və ondan sağalan şəxsin peyvənd vurdurmağa ehtiyacı yoxdur.
×
Dörd-beş ay əvvəl yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan və ondan sağalan şəxsin peyvənd vurdurmağa ehtiyacı yoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Operativ Qərargahın bu gün keçirilən brifinqində Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Adil Allahverdiyev məlumat verib.
Professorun dediyinə görə, əgər koronavirusla xəstələnən şəxsin orqanizmində anticisimlər əmələ gəlibsə, təkrar yoluxduğu təqdirdə xəstəliyi çox ağır keçirməyə bilər. Xəstəliyi keçirib və orqanizmində anticisimlər əmələ gəlməyibsə, onun təkrar yoluxması və xəstəliyi ağır keçirməsi mümkündür.