Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Operativ Qərargah: İyulun 1-dən Bakı-İstanbul-Bakı istiqaməti üzrə xüsusi reyslər həyata keçiriləcək

ID:

24.06.2020 19:55 / CƏMİYYƏT

Foto Azertac

Türkiyədə olan Azərbaycan vətəndaşlarının, o cümlədən tələbələrin ölkəyə gəlməsi və müxtəlif şəxsi səbəblərə görə Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq üçün 1 iyul tarixindən başlayaraq qarşılıqlı razılıq əsasında həftədə iki dəfə Azərbaycan Hava Yollarının (AZAL), iki dəfə isə Türk Hava Yollarının (THY) Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə xüsusi reysləri həyata keçiriləcək.