Azərbaycanda insan hüquqlarının müdafiəsi, qadınların problemlərinin həlli diqqət mərkəzində saxlanılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri ombudsman Səbinə Əliyeva martın 4-də “Qadın hüquqları yeni ictimai-siyasi reallıqlar kontekstində” mövzusunda keçirilən konfransda deyib.
×
Azərbaycanda insan hüquqlarının müdafiəsi, qadınların problemlərinin həlli diqqət mərkəzində saxlanılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri ombudsman Səbinə Əliyeva martın 4-də “Qadın hüquqları yeni ictimai-siyasi reallıqlar kontekstində” mövzusunda keçirilən konfransda deyib.
Ombudsman bildirib ki, Azərbaycanda uğurlu gender siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu proses Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında fəal iştiraka marağının artmasında rolu böyükdür. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə humanitar, elm, təhsil sahələrində həyata keçirilən tədbirlər həm Azərbaycanda, həm də başqa ölkələrdə yaşayan qadınlar üçün əsl örnəkdir, eyni zamanda, onların cəmiyyətdəki rolunun artırılmasına dəstəkdir.
S.Əliyeva diqqətə çatdırıb ki, Ombudsman Aparatı tərəfindən ölkəmizdə insan hüquqlarının müdafiəsi, qadınlara diqqət və qayğının göstərilməsi, onların problemlərinin həlli diqqət mərkəzində saxlanılır.
Onun sözlərinə görə, gender bərabərliyinin səmərəli təmin edilməsi məsələsi əsas çağırışlardan biri kimi qarşıya bir sıra vəzifələr qoyur.
"Qadın sahibkarlığının inkişaf etdirilməsi və bu sahədə qadın sahibkarlar üçün müəyyən güzəştlərin tətbiqi üçün təkliflərimizi vermişik. Məsələn, çalışırıq ki, onlar vergi güzəştlərindən faydalansınlar", - deyə ombudsman əlavə edib.
S.Əliyeva vurğulayıb ki, hazırda dövlətimizin qarşısında duran əsas vəzifə işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi və bu torpaqlara yenidən həyatın qayıtmasını təmin etməkdir. Bərpa və quruculuq işləri çox yüksək sürətlə aparılır ki, insanlarımız öz evlərinə qayıtsınlar. Hər bir Azərbaycan qadını bu prosesdə fəal iştirak etməlidir.