Bu gün biz İnsan Resursları Mərkəzinin beşillik fəaliyyətinə həsr olunmuş hesabatı təqdim etdik. Mərkəz bu müddətdə müəllimlərin işə qəbulu üzrə müsabiqə, müəllimlərin yerdəyişməsi müsabiqəsi, təhsilverənlərin sertifikatlaşdırılması və digər prosesləri həyata keçirib.
×
Bu gün biz İnsan Resursları Mərkəzinin beşillik fəaliyyətinə həsr olunmuş hesabatı təqdim etdik. Mərkəz bu müddətdə müəllimlərin işə qəbulu üzrə müsabiqə, müəllimlərin yerdəyişməsi müsabiqəsi, təhsilverənlərin sertifikatlaşdırılması və digər prosesləri həyata keçirib. Ümumilikdə 5 il ərzində yalnız müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə emal olunan ərizələrin sayı 280 mindən artıqdır.
Bunu AZƏRTAC-a müsahibəsində Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli söyləyib. O bildirib ki, Mərkəz tərəfindən keçirilmiş ən böyük layihə olan müəllimlərin işə qəbulu müsabiqəsində 2018-ci, 2019-cu və 2020-ci illərdə 50 mindən çox, 2021-2022-ci illərdə isə 60 mindən çox elektron müraciət qəbul olunub. Ümumilikdə bu proseslər nəticəsində 25 minə yaxın müəllim müqavilə ilə işə qəbul olunub. Yerdəyişmə etmiş müəllimlərin sayı isə 6 min 700-dən yüksəkdir.
“Bu il ilk dəfə təhsilverənlərin sertifikatlaşdırılması prosesi təşkil olundu və 97 faizdən artıq davamiyyət qeydə alındı. Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqələri də bu il təşkil olundu. Burada da yüksək davamiyyət nisbəti qeydə alındı.
Qeyd edim ki, bugünkü tədbirdə, eyni zamanda, təhsilverənlərin sertifikatlaşdırılmasından keçən ilk müəllimlərin sertifikatları elm və təhsil naziri Emin Əmrullayev tərəfindən təqdim olundu”, - deyə Nurlan İsmayılbəyli bildirib