Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Noyabrın 26-29-da ANAMA-ya mərmilərin aşkarlanması barədə 53 müraciət daxil olub

ID:

30.11.2020 15:25 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Arif Quluzadə

Noyabrın 26-29-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonları ərazisində mərmilərin aşkarlanması barədə Daxili İşlər Nazirliyinin 102 Xidməti - Zəng mərkəzi sistemindən – 49, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 4 müraciət daxil olub.