Azərbaycan dövləti öz müstəqilliyinin ilk illərində böyük çətinliklərlə üzləşdi. 20 Yanvar faciəsi törədildi, Ermənistan silahlı qüvvələrinin Azərbaycana ərazisinə təcavüzü nəticəsində 20 faiz torpağımızın işğal olundu, bir milyona yaxın insan qaçqın və məcburi köçkün düşdü.
×
Azərbaycan dövləti öz müstəqilliyinin ilk illərində böyük çətinliklərlə üzləşdi. 20 Yanvar faciəsi törədildi, Ermənistan silahlı qüvvələrinin Azərbaycana ərazisinə təcavüzü nəticəsində 20 faiz torpağımızın işğal olundu, bir milyona yaxın insan qaçqın və məcburi köçkün düşdü. Bununla bağlı ulu öndər Heydər Əliyevin müvafiq sərəncamına uyğun olaraq Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Novruz Aslanov söyləyib.
O qeyd edib ki, beynəlxalq təşkilatlarda və qurumlarda aktiv olaraq bu hadisələrin bütün dünyaya çatdırılmasında Dövlət Komissiyası yüksək səviyyədə fəaliyyət göstərir. Amma əsas amil insan problemlidir. Belə ki, 4 min insanın itkin düşməsi böyük faciədir. Bu sahədə Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti xüsusi qeyd olunmalıdır.
Novruz Aslanov əlavə edib ki, "Böyük Qayıdış"a uyğun olaraq bir milyona yaxın qaçın və məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaq