Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş olimpiadaya yekun vurulub

ID:

12.06.2021 15:55 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / Azər İbrahimov

2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 ili tamam olur. İnsanları daim əxlaqi kamilliyə çağıran və onlara yüksək əxlaqi keyfiyyətlər aşılayan qüdrətli söz və düşüncə sahibinin zəngin yaradıcılığının ümumbəşəri mədəniyyət irsi olaraq müstəsna əhəmiyyətini nəzərə alaraq bu il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilib.