Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Neftçalada altı ay ərzində süni mayalanma yolu ilə 1433 baş buzov alınıb

ID:

15.07.2020 11:55 / REGİONLAR

Neftçalada aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində ət və süd istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur.