Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Neft və Sənaye Universitetində yeni tədris ili sentyabrın 15-də onlayn qaydada başlanacaq

ID:

31.08.2020 10:30 / ELM VƏ TƏHSİL

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2020-2021-ci tədris ili sentyabrın 15-də onlayn qaydada başlanacaq.

Təhsil naziri Emin Əmrullayevin avqustun 27-də COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə qeyd etdiyi kimi, I kurs tələbələri istisna olmaqla, digər kurslarda təhsil alan tələbələr sentyabrın 15-dən etibarən distant qaydada tədrisə başlayacaqlar.