İyulun 6-da ADA Universitetində elm və təhsil naziri Emin Əmrullayevin sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşü keçirilib.
×
İyulun 6-da ADA Universitetində elm və təhsil naziri Emin Əmrullayevin sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə nazir dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin nəticələrindən danışıb. Qeyd edib ki, sertifikatlaşdırma prosesinin birinci mərhələsi 2022-2027-ci illəri əhatə edəcək. Bu prosesin əsas məqsədi təhsildə keyfiyyəti artırmaqdır.
“İbtidai siniflər üzrə 30 min müəllim sertifikatlaşdırma prosesinə cəlb edilib. 2023-cü il üzrə ibtidai sinif müəllimləri üçün statistik nəticələrə görə, yüksək nəticə göstərənlər 10 faiz, qənaətbəxş hesab edilən 53 faiz, təkmilləşdirilməyə ehtiyacı olanlar isə 30 faiz təşkil edib”, - deyə nazir bildirib.