Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkəmizdə əlil vətəndaşların reabilitasiya imkanlarının artırılması, reabilitasiya infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilir.
×
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkəmizdə əlil vətəndaşların reabilitasiya imkanlarının artırılması, reabilitasiya infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində 2019-cu ildə ölkə ərazisində 4 reabilitasiya müəssisəsi istifadəyə verilib. Cari ildə bu tipli daha 8 müəssisənin istifadəyə verilməsi planlaşdırılır. Beləliklə, il ərzində reabilitasiya xidmətləri ilə əhatə olunacaq əlillərin sayı iki dəfə artaraq 28 minə çatacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Şəki şəhərindəki Reabilitasiya Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı zamanı jurnalistlərə müsahibəsində deyib.
Nazir müavininin sözlərinə görə, Reabilitasiya Mərkəzi Şəki ilə yanaşı, ətraf rayonlardan olan əlillərə də xidmət göstərəcək. Ümumiyyətlə, il ərzində əlilliyi olan 800 nəfərədək vətəndaş Şəki Reabilitasiya Mərkəzinin xidmətlərindən yararlana biləcək.