Təhsil siyasəti və idarəetməsini öyrənmək çox vacibdir. Bu istiqamətdə təcrübi yolla əldə olunan biliklər kifayət etmir.
×
Təhsil siyasəti və idarəetməsini öyrənmək çox vacibdir. Bu istiqamətdə təcrübi yolla əldə olunan biliklər kifayət etmir. Təhsil siyasəti və idarəetməsinin formal yolla öyrənilməsi xüsusi əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-ın Corc Vaşinqton Universitetinin icra etdiyi ikili diplom proqramı çərçivəsində təhsil siyasəti və idarəetməsi ixtisası üzrə ilk “Məzun günü”ndə deyib. O bildirib ki, ADPU ilə Corc Vaşinqton Universitetinin birgə icra etdiyi ikili diplom proqramının məzunları Azərbaycanda təhsilin inkişafına öz töhfəsini verəcək.
Qeyd edək ki, ikili diplom proqramı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin ABŞ-ın Corc Vaşinqton Universiteti ilə imzaladığı əməkdaşlıq müqaviləsinə əsasən icra olunur.