Bu il ərzində məktəbəqədər təhsil üzrə pedaqoji və idarəetmə heyəti üzrə 33 min 315 müəllimin sertifikatlaşmaya cəlb olunması əsas hədəflərdəndir.
×
Bu il ərzində məktəbəqədər təhsil üzrə pedaqoji və idarəetmə heyəti üzrə 33 min 315 müəllimin sertifikatlaşmaya cəlb olunması əsas hədəflərdəndir.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, Təhsilverənlərin sertifikatlaşdırılması mexanizmi ilə bağlı mövcud qanunvericilikdə dəyişikliklərə dair layihələr hökumətə təqdim edilib.
Nazir bildirib ki, 60 yaşı tamam olan müəllimlər könüllü şəkildə sertifikasiya prosesində iştirak etməyə bilərlər. Yaşı 60-dan yuxarı olan 290 müəllim sertifikasiyada iştirak edəcək.
Ötən il sertifikatlaşdırmada uğur qazanmayan 2803 müəllim təkrar sertifikatlaşmaya cəlb olunacaq. Uğursuz olduqları təqdirdə müqavilələrinə xitam veriləcək