Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
×
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş V.Abdullayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 107 qram və qəsəbənin ərazisində gizlətdiyi 1 kiloqram 885 qram marixuana aşkarlanaraq götürülüb.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş K.Məhərrəmov isə Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində yaxalanıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə onun evindən əlavə olaraq 465 qram marixuana götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.