Ağdama ilk səfərimdir. Təbii ki, sevinclə yanaşı, həyacan hissi də keçirirəm. Çox şadam ki, Ağdamı yenidən görmək qismət oldu.
×
Ağdama ilk səfərimdir. Təbii ki, sevinclə yanaşı, həyacan hissi də keçirirəm. Çox şadam ki, Ağdamı yenidən görmək qismət oldu.
AZƏRTAC xəbər verir ki, bu sözləri yanvarın 31-də Bakı-Ağdam avtobusunun sərnişini Nahid Məmmədov deyib.
Ağdam şəhərinin Süleyman Sani Axundov küçəsində yaşayan N.Məmmədov rayona anası və qızı ilə getdiyini söyləyib. Bildirib ki, Vətəni ziyarət etməkdə əsas məqsədlərdən biri də keçmişlə gələcək arasında körpü yaratmaqdıdr: “Hər birimiz doğma torpaqlarımızı görməyi çox istəyirik. Hesab edirəm ki, qızım gözəl yurdumuzu görər, bəyənər, gələcəkdə qurmaq-yaratmaq üçün əlindən gələni edər. Anam da uzun illərin həsrətinə son qoyar. Avtobus biletini onlayn qaydada, çox rahat aldım”.