Üç həftəyə yaxındır ki, COVID-19 infeksiyasına yoluxanlar və şübhəli olan xəstələr ev şəraitində ambulator-poliklinik nəzarət altındadır.
×
Üç həftəyə yaxındır ki, COVID-19 infeksiyasına yoluxanlar və şübhəli olan xəstələr ev şəraitində ambulator-poliklinik nəzarət altındadır. Hazırda 12 min 862 nəfər ambulator müşahidə altındadır. Onlardan 8 mindən çoxunu laborator testin nəticələri mənfi çıxanlar təşkil edir. Digərləri isə yüngül əlamətləri olan və ya əlamətləri olmayanlardır.
AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 20-də keçirdiyi mətbuat konfransında Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov məlumat verib.
Onun dediyinə görə, hər gün ev şəraitində müalicə olunanların bir qismi sağalıb ambulator-poliklinik nəzarətdən çıxır. Dünən 557, bu gün 255 nəfər nəzarətdən çıxıb və onlarda xəstəlik olmaması təsdiq edilir.