Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Muxtar respublika iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 191 milyon manatı ötüb

ID:

06.08.2020 12:40 / REGİONLAR

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 2020-ci il 1 iyul tarixinə muxtar respublika iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 191 milyon 578 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 8 milyon 544 min manat, uzunmüddətli kredit qoyuluşu isə 183 milyon 34 min manat təşkil edir.