Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Musiqi Forumu panel sessiyalarla davam edir

ID:

29.10.2023 13:35 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

Ölkəmizdə ilk dəfə keçirilən Musiqi Forumu panel sessiyalarla davam edir.

AZƏRTAC xəbər verir ki, Cadenza kamera orkestrinin bədii rəhbəri, bəstəkar Türker Qasımzadənin moderatorluğu ilə keçirilən "Azərbaycanda musiqi təhsili - bəstəkarlıq və ifaçılıq məktəbləri" panelində "Ölkədəki musiqi təhsili sisteminin nailiyyətləri və çətinlikləri", "Ali musiqi təhsili: yeni peşə yönümləri və ixtisaslaşmalar tələbi qarşısında", "Bəstəkar musiqisinin ifaçılıq problemləri: aktual problemlər və onların həlli yolları", "Musiqi repertuarının zənginləşdirilməsi və bəstəkarlara dövlət sifarişləri sisteminin yenilənməsi", "Azərbaycanda bəstəkar musiqisinin nəşri, səs yazısı və yayımlanma problemləri" mövzuları müzakirə olunub.